Milli komandamızın üzvü Pavel Paşayev karyerasını yenidən Ukraynada davam etdirəcək.
Korner.az-ın məlumatına görə, 28 yaşlı müdafiəçi Ukrayna Premyer Liqasında çıxış edən “Stal” klubu ilə müqavilə imzalayıb.
Bu barədə klubun rəsmi saytı xəbər yayıb. Paşayev 2 illik müqaviləyə qol çəkib.
Bu ilin fevralında “Metallurq”dan “Qəbələ” keçən futbolçu cəmi bir oyunda iştirak edib.
