Azərbaycan yığmasının futbolçusu Elhad Nəziri şərəfini qoruduğu Rumıniyanın “Petrolul” klubunda debüt edib.
Korner.az-ın məlumatına görə, həmyerlimizin komandası öz meydanında austader "Qloriya" ilə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 4:0-lıq qələbəsi ilə yekunlaşıb. İlk "18-lik"də futbolçumuza yer verən Kosmin Kontra Elhadı 74-cü dəqiqədə meydana buraxıb.
