Azərbaycanın U-19 yığmasının üzvü Cem Felek karyerasını “Qalatasaray”da davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, 19 yaşlı futbolçu ilə razılıq əldə olunub.
Son olaraq Şotlandiyanın “Aberdin” klubunda forma geyən yarımmüdafiəçinin “Qalatasaray”ın U-21 komandasında oynayacağı iddia edilir.
Türk əsilli C.Felek 13 yaşında “Xəzər Lənkəran”la müqavilə bağlayıb. Sonradan o, Almaniyanın “Ayntraxt” klubunun futbol akademiyasına gedib və 2011-2013-cü illər arasında “Ayntraxt” U-17 komandasında oynayıb. 2013-cü ildə isə Cem Fələk “Bohum” klubuna keçibvə 2013-14 mövsümündə komandanın U-19 heyətində çıxış edib.
Cem Felek 2012-ci ildə 17 yaşadək futbolçulardan ibarət millimizə çağırılıb və meydana çıхdığı 11 oyunda 5 qol vurub. 2014-cü ildən isə o, 19 yaşadək futbolçulardan ibarət yığmamıza dəvət alır.