Azərbaycan milli komandasının üzvü Əli Əli Gökdəmirin şərəfini qoruduğu Almaniya Bundesliqa klubu “Hannover 96” yeni mövsümün hazırlıqlarına başlayıb.
Korner.az-ın məlumatına görə, hannoverlilər ilk sınaq matçında həvəskar komanda olan “Berenbostel”lə qarşılaşıb.
Gökdəmirin komandası bu matçda rəqibini darmadağın edib – 14:0.
Əli fasilədən sonra sol cinah müdafiəçisi Kristian Panderi əvəzləyərək meydana çıxıb.