Millimizin üzvü “Kayserispor”un maraq dairəsində
16.07.2018 , 12:18

Milli komandamızın üzvü Ozan Can Kökçü karyerasını Türkiyənin “Kayserispor” klubunda davam etdirə bilər.
Kayseri təmsilçisinin baş məşqçisi Ertuğrul Sağlam gənc futbolçunun xidmətində maraqlıdır. Ancaq futbolçunun “Byrsaspor”dan ayrılıb-ayrılmayacağı dəqiqləşməyib. “Yaşıl timsahlar”ın baş məşqçisi Samet Aybaba yoxlama görüşlərindən sonra Kökçü ilə bağlı qərarını açıqlayacaq.
Əgər futbolçu bu mövsüm də “Bursaspor”un planlarına daxil olmasa, klubunu dəyişəcək.
Qeyd edək ki, hücumçu ötən mövsümü icarə əsasında Hollandiyanın “Valveyk” klubunda keçirib.
