Millimizin üzvü İngiltərədə qol vurdu
13.02.2019 , 14:23

İngiltərədə yarıpeşəkar klublar arasında təşkil olunan “FA Trophy” kubokunda üçüncü mərhələnin cavab oyunları keçirilib.
U-19 millimizə cəlb edilən Türkiyə əsilli hücumçu Sərhat Daşdəmirin formasını geyindiyi “Fayld” klubu evdə “Ramsbottom Yunayted”ə 4:1 hesabı ilə qalib gəlib. İlk oyun 5:5 hesablı heç-heçə ilə başa çatdığı üçün “Fayld” mərhələ adlayıb.
Sərhat 90 dəqiqə meydanda olub. O, 50-ci dəqiqədə komandasının üçüncü qolunu vurub.
