U-21 millimizin futbolçusu Fərid Nəbiyev Gürcüstanın “Şevardani” komandasında növbəti oyununa çıxıb
Gürcüstan 2-ci liqasının 8-ci turunda səfərdə “Şukura” ilə qarşılaşan həmyerlimizin komandası 3:2 hesablı qələbə qazanıb.
Start heyətdə meydana çıxan və 68-ci dəqiqədə əvəzlənən Nəbiyev komandasının ilk qolunu vurub. Həmçinin, Fərid qol ötürməsi ilə də komandasına fayda verib.
Qeyd edək ki, bu, Fərid Nəbiyevin Gürcüstanda 2-ci qoludur.
8 turdan sonra hesabında 11 xal olan “Şevardeni” 10 komanda arasında 7-ci pillədə qərarlaşıb.
