Millimizin üzvü “Gent”ə qarşı oynadı
13.12.2019 , 11:28

Millimizin futbolçusu Pavel Paşayev çıxış etdiyi “Aleksandriya” ilə Avropa Liqasında növbəti oyuna çıxıb.
Korner.az-ın məlumatına görə, Ukrayna təmsilçisi səfərdə Belçika “Gent”i ilə qarşılaşıb. Sözügedən görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb . Millimizin müdafiəçisi 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, Ukrayna təmsilçisi İ qrupunu 3 xalla sonuncu pillədə başa vurub.
