Millimizin üzvü ehtiyatda qaldı
23.12.2018 , 20:12

Almaniya ikinci bundesliqasında 18-ci tura yekun vurulub.
Milli komandamızın üzvü Dmitri Nazarovun formasını geyindiyi “Erzgebirge” turu böyükhesablı qələbə ilə başa vurub. Aue təmsilçisi doğma meydanda “Union Berlin”in qapısından 5 cavabsız top keçirib. Nazarovun ehtiyatda qaldığı matçda hər 3 qolu Paskal Testroet vurub.
Qeyd edək ki, “Erzgebirge” hazırda 22 xalla 11-ci pillədədir.
