Millimizin futbolçusu Eddi İsrafilov bu qış transfer olunduğu İspaniyanın “Alkorkon” klubunda debüt edə bilər. Bu barədə o, “AS” açıqlamasında bildirib. Eddi fevralın 25-i “Qranada”ya qarşı maçtda oynaya biləcəyini vurğulayıb:
“Məşqçinin sərəncamındayam. O, məni meydana buraxa bilər. “Qranada” bir çox sürətli oyunçusu var. Darvin Maçis çox yaxşı formadadır.Xose Luis Oltra kimi baş məşqçiyə malikdir. Rəqibi yaxşı tanıyıram. Həftə ərzində intensiv hazırlıq keçmişik. Öz oyunumuzu sərgiləmək istəyirik. Yaxşı dinamikamız var, qələbə qazanmağa çalışacağıq”.
İsrafilov yeni komandasında ona yaxşı münasibət göstərdiklərini söyləyib: “Burada əvvəllər birgə oynadığım dostlarım var. İnsanlar xoş təəssürat oyadırlar. Onlar mənə çox yaxşı münasibət göstərdilər”.
