Millimizin üzvü Ufuk Budak baş məşqçisiz qalıb.
Korner.az-ın məlumatına görə, futbolçumuzun çıxış etdiyi “Qaziantep BB”nin baş məşqçisi Hasan Özer komandanı tərk edib.
PTT 1-ci liqadakı uğursuz çıxış rəhbərliyin səbr kasasını daşırıb. Hasan Özerlə görüşən klub rəsmiləri müqaviləni qarşılıqlı razılıq əsasında pozublar. “Qaziantep BB” müvəqqəti olaraq köməkçi-məşqçilərə – Mehmet Polat və Bülent Bölükbaşına tapşırılıb.
