Qadın basketbolçular arasında kiçik ölkələrin Avropa çempionatında qrup mərhələsinin ən yaxşıları müəyyənləşib.
Korner.az-ın məlumatına görə, 7 komandanın iki qrupda çıxış etdiyi turnirin ən məhsuldar oyunçusu Azərbaycan millisinin üzvüdür.
Belə ki, 3 matçda 58 xal qazanan Dina Ulyanova orta məhsuldarlıqda hamıdan öndə qərarlaşıb – hər oyuna 19,3. Buna onun Uelslə son görüşdə 25 xal toplaması səbəb olub. Dina Şotlandiya ilə görüşdə 19, Avstriya ilə matçda 14 xal əldə etmişdi.
Ulyanova ribaund sayında da yarışın ən yaxşısıdır. 35 dəfə buna nail olan idmançımız hər oyuna 11,7 tibaunda imza atıb.
Apasport.az
