Millimizin üzvü 90 dəqiqə oynadı
17.09.2018 , 12:24
Türkiyə 1-ci liqasında 5-ci turun oyunları keçirilir.
Millimizin müdafiəçisi Ufuk Budakın çıxış etdiyi “Boluspor” doğma meydanda “Altay”la qarşılaşıb. Görüş 0-0 hesablı heç-heçə ilə başa çatıb. Ufuk 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, “Boluspor” hazırda 13 xalla 18 iştirakçı arasında liderdi.