Ukrayna çempionatında 18-ci turun oyunları keçirilib.
Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu “Aleksandriya” səfərdə “Vorskla” ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.
Millimizin üzvü də bu görüşün iştirakçısı olub. Paşayev qarşılaşmaya start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
