Türkiyə kubkunda III turun oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, Vaqif Cavadov, Rəhman Hacıyev və Ufuk Budakın çıxış etdiyi “Qaziantep B.B.” bu tur doğma meydanda “Aksaray”ı qəbul edib.
“Qaziantep B.B.”-nin 1:0 hesablı qələbə qazandığı qarşılaşmaya Rəhman Hacıyev və Ufuk Budak start heyətində başlayıb. Rəhman 73-cü dəqiqədə əvəzlənsə də, Ufuk 90 dəqiqə meydanda olub. Vaqif Cavadov isə 46-cı dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, bu qələbə sayəsində “Qaziantep B.B.” IV tura yüksəlib.
