Bugün Türkiyə PTT 1-ci liqasının ikinci turuna yekun vurulacaq.
Korner.az-ın məlumatına görə, azərbaycanlı futbolçuların çıxış etdiyi komandalar ilk dəfə olaraq doğma azarkeşlər önünə çıxacaqlar.
Belə ki, Branimir Subaşiçin çıxış etdiyi “Orduspor” “Mərsin İdman Yurdu”nu, Arif İsayevin çıxış etdiyi “Dənizlispor” “1461 Trabzon”u, David Kərimin çıxış etdiyi “Fəthiyyəspor” isə “Balıkesirspor” klubunun qəbul edəcək.
Qarşılaşmada millimizin üzvlərinin çıxış edib etməyəcəkləri haqqında dəqiq məlumat yoxdur.
