Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan milli komandası ilə eyni qrupda mübarizə aparacaq sonuncu komanda müəyyənləşib.
Korner.az-ın məlumatına görə, millimizin üçüncü rəqibi ilkin seçmə mərhələnin F qrupunda 1-ci yeri tutmuş Norveç yığmasıdır.
Beləliklə, mübarizəyə əsas seçmə mərhələdə başlayacaq komandamız II qrupda Slovakiya, Bosniya və Herseqovina və Norveç yığmaları ilə qarşılaşacaq. Bu qrupun oyunları martın 27-dən 30-dək Slovakiyada keçiriləcək. (affa.az)
