Bu gün 19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin IV qrupunun növbəti oyunları keçiriləcək.
Korner.az-ın məlumatına görə, milli komandamız da bu gün meydana çıxacaq.
İlk oyuna Macarıstanla 1:1 hesablı heç-heçə edən yığmamız Slovakiya ilə qarşılaşacaq. Nikolay Adamın komandası bu oyunda da sərfəli nəticə qazanmağa çalışacaq.
İsrailli hakimlər briqadasının idarə edəcəyi oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
