Binəqədi rayonu ərazisində yanmış binada dünyasını dəyişənlərdən üçü milli komandamızın sabiq üzvü Emin Quliyevin yaxın qohumlarıdır.
Korner.az-ın lent.az-a istinadən yaydığı xəbərə görə, yanğın zamanı dünyasını dəyişən 43 yaşlı Şirinova Zülfiyyə Yavər qızı Emin Quliyevin bibisi qızıdır.
Bacı-qardaşlar 16 yaşlı Eyvazov Davud Hamur oğlu və 21 yaşlı Eyvazova Ülkər Hamur qızı Şirinova Zülfiyyənin övladlarıdır.
