Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budak özünə yeni klub tapıb.
Futbolçu yeni mövsümdən “Samsunspor”da çıxış edəcək. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Komandanın baş məşqçisi Alpay Özalanın istəyi ilə sol cinah müdafiəçisi mövqeyinə məhz Ufuk gətirilir. Tərəflər arasında artıq hərtərəfli razılıq əldə olunub. Yalnız müqaviləyə imza atmaq qalır ki, yaxın günlərdə futbolçu tibbi yoxlanışdan keçəndən sonra bu da rəsmiləşəcək.
Qeyd edək ki, Budak son mövsümü “Manisaspor”da keçirib. Lakin o, mövsüm bitən kimi Manisa klubundan aldığı təklifdən imtina edərək, yeni müqavilə imzalamamışdı.
