Milli komandamızın sabiq üzvü Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.
Berlin təmsilçisi 10-cu turda səfərdə “Germaniya Halberstat”la qarşılaşıb.
Görüş həmyerlimizin komandasınnı 5:4 hesablı məğlubiyyəti ilə nəticələnib. “Dinamo”nun bir qolunu Rüfət Dadaşov vurub. Bu, Dadaşovun son 4 oyunda vurduğu 7-ci qoldur.
“Dinamo” hazırda 22 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
