Almaniyanın Şimal-Şərq Regional Liqasında 7-ci turun oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun komandası – “Germaniya Halberştadt” klubu da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Lukkenvalde”nin qonağı olub. Matç futbolçumuzun komandasının 3:0 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Rüfət 90 dəqiqə mübarizə aparıb.
