Latviya 1-ci liqasında 20-ci turun oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun şərəfini qoruduğu “1625 Liepaya” da növbəti matçına çıxıb.
Həmyerlimizin komandası “Riqa Futbol məktəbi” nin qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2 – 1 hesablı qalibiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan və sonadək mübarizə aparan Vüqar yeni klubunda ilk dəfə meydanı qol vurmadan tərk edib
