19 yaşadək qızlardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin oyunlarının təqvimi məlum olub.
Korner.az – ın məlumatına görə, Azərbaycan milli komandası 9-cü qrupda mubarizə aparacaq.
Millimiz hər 3 oyununu Rusiyanın Krımsk şəhərindəki “Qiqant” İdman Kompleksində keçirəcək.
Qeyd edək ki, milli komanda hələ formalaşmayan, yalnız ölkəmizdə təşkil olunan 17 yaşadək futbolçuların dünya çempionatından sonra U-19-a çevriləcək.
20 oktyabr
Rusiya – Azərbaycan
22 oktyabr
İsveç – Azərbaycan
25 oktyabr
Azərbaycan – Sloveniya
