Azərbaycan millisinin rəqibi olan Qazaxıstan yığmasının yoxlama oyunları ilə bağlı yeni planları müəyyənləşib.
Korner.az-ın məlumatına görə, martın 26-da millimizlə Antalyada yoxlama oyunu keçirəcək komanda daha iki belə matç keçirməyi planlaşdırır.
Qazaxıstan yığması Türkiyədəki oyunun ardından Gürcüstana yollanacaq. Bu ölkənin paytaxtı Tiflisdə Qazaxıstan və Gürcüstan milliləri üz-üzə gələcək. Həmin qarşılaşma martın 29-da keçiriləcək.
