DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində millimizin rəqiblərindən olan Portuqaliya yığmasının noyabrın 14-də Qabonla keçiriləcək yoldaşlıq görüşü üçün heyəti açıqlanıb.
Korner.az 23 nəfərlik heyəti nəzərinizə çatdırır.
Qapıçılar: Beto ("Braqa"), Rui Patrisio ("Sportinq"), Eduardo ("İstanbul BB", Türkiyə).
Müdafiəçiləri: Bruno Alveş ("Zenit", Rusiya), Joao Pereyra ("Valensiya"), Pepe ("Real" Madrid, İspaniya), Luis Neto ("Siena", İtaliya), Nelson ("Betis", İspaniya), Rikardo Kosta ("Valensiya", İspaniya), Silvio ("Atletika", İspaniya).
Yarımmüdafiəçilər: Ruben Mikael, Ruben Amorim, Kuştodiu (hamısı "Braqa"), Joao Moutinyo ("Porto"), Miqel Veloso ("Dinamo", Ukrayna), Maçado ("Olimpiakos", Yunanıstan).
Hücumçular: Kriştiano Ronaldo ("Real", İspaniya) Hüqo Almeyda ("Beşiktaş", Türkiyə), Helder Barboza, Eder (hər ikisi "Braqa"), Helder Postiga ("Saragoza", İspaniya), Piççi ("Deportivo", İspaniya), Varela ("Porto").
