Millimizin rəqibinin heyəti açıqlandı
17.09.2019 , 19:50

Sentyabrın 22-dən 25-dək təşkil olunacaq Caspian Cup-2019 turnirində futzal üzrə Azərbaycan millisinin ilk rəqibi olacaq Rusiya yığması təlim-məşq toplanışına başlayıb.
Korner.az xəbər verir ki, baş məşqçi Sergey Skoroviç hazırlıq prosesinə bu futzalçıları dəvət edib:
Qapıçılar: Georgi Zamtaradze (KPRF), Dmitri Putilov (Sinara), Nikoay Balaşov (Nikel);
Oyunçular: Danil Davıdov, Andrey Afanasov, Nikolay Şisterov, Dmitri Lıskov (hamısı Qazprom-Yuqra), Romulo, Yanar Asadov, Artem Niyazov, Arser Baqirov (hamısı KPRF), Sergey Abramov, Valeri Demin (hər ikisi Sinara), Artem Antoşkin, İvan Milovanov (hər ikisi Tümen), Ruslan Kudziev, Rişat Kotlyarov (hər ikisi Nikel).
