UEFA Millətlər Liqasında millimizlə eyni qrupda yer alan Kosovo yığmasının yeni baş məşqçisi məlum olub.
Yığma Bernard Şallanda tapşırılıb. Kosovo Futbol Federasiyası 66 yaşlı mütəxəssislə bu gün 2 illik müqavilə imzalandığını açıqlayıb.
Qeyd edək ki, Bernard Şalland məşqçilik karyerası əzrində “Sürix”, “Sion”, “Tyun”, “Yanq Boyz” kimi klublarda və Ermənistan millisində çalışıb.
