DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibi olan San Marino yığması yoxlama oyunu keçirib.
Korner.az-ın məlumatına görə, cırtdan ölkənin millisi yerli “San Marino Kalço” klubu ilə qarşılaşıb.
Oyun San Marino millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Yığmamızın seçmə mərhələdə ilk oyunu məhz San Marino ilə olacaq. Qarşılaşma sentyabrın 4-də San Marinoda keçiriləcək.
