DÇ-2014-ün seçmə mərhələsində millimizlə birgə F qrupunda yer alan Lüksemburq yığması noyabrın 14-də yoldaşlıq oyunu keçirəcək.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, millimizin rəqibi yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 23:00) Şotlandiya yığmasını qəbul edəcək.
Xatırladaq ki, həmin gün millimiz "DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində Belfast şəhərində Şimali İrlandiya yığması ilə qarşılaşacaq.
