Özbəkistan yığması yoxlama oyunu keçirib.
Korner.az-ın məlumatına görə, Dubayda hazırlıq keçən özbəklərin rəqibi Rusiyanın “Krasnodar” klubu olub.
Qarşılaşma Rusiya klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Özbəkistan yığması fevralın 1-də Azərbaycan millisi ilə də üz-üzə gələcək.
