Futbol

Millimizin rəqibi iki yoxlama oyunu keçirəcək

13.07.2020 , 19:57

UEFA Millətlər Liqasında Azərbaycan millisinin rəqibi olan Kipr yığması iki yoldaşlıq oyunu keçirəcək.

Korner.az xəbər verir ki, bu barədə Kipr Futbol Federasiyası məlumat yayıb.

Baş məşqçi Yohan Valemin komandasını oktyabrın 7-də Çexiya ilə oyunda sınayacaq. Növbəti rəqib Yunanıstan olacaq. Bu görüş oktyabrın 11-də baş tutacaq.

Qeyd edək ki, C Liqasının 1-ci qrupunda yer alan Azərbaycan və Kipr arasında ilk görüş sentyabrın 8-də Kiprdə, ikinci oyun isə okyabrın 13-də Bakıda olacaq.

Son yazılar

Yuxarı