Azərbaycan milli komandasının DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərindən olan Lüksemburq yoxlama oyunu keçirəcək.
Korner.az-ın məlumatına görə, "cırtdan" ölkə Ermənistanla qarşılaşacaq.
Qarşılaşma fevralın 5-də Fransada baş tutacaq. Matçın keçiriləcəyi stadion və başlama saatı hələ məlum deyil.
Qeyd edək ki, Azərbaycan yığması ilə Lüksemburq arasındakı ilk görüş isə martın 22-də baş tutacaq.
