DÇ-2014-ün seçmə mərhələsində millimizin rəqiblərindən olan İsrail yığmasının 2 yoldaşlıq oyunu keçirəcəyi müəyyənləşib.
Korner.az-ın AFFA-ya istinadən verdiyi məlumata görə, millimizin rəqibi avqustun 15-də səfərdə Macarıstan, noyabrın 14-də isə öz meydanında Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək.
