17 yaşadək qızlardan ibarət Avropa çempionatının elit-raund mərhələsində Azərbaycan yığmasının yer aldığı VII qrupda ilk turun oyunlarına yekun vurulub.
Günün ikinci oyununda İslandiya İrlandiyanı 2:1 hesabı ilə məğlub edib.
Bununla da Almaniya və İslandiyanın aktivində ilk turdan sonra 3 xal var. Bu gün Almaniyaya 0:5 hesabı ilə uduzan Azərbaycan millisi növbəti görüşünü martın 25-də İrlandiyaya qarşı keçirəcək.
