Antalyada təlim-məşq toplanışında olan millimiz sabah Qazaxıstan yığması ilə yoldaşlıq görüşü keçirəcək.
Korner.az-ın məlumatına görə, Robert Prosineçki bu matç üçün təxmini start heyəti bəlli olub:
Kamran Ağayev, Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov (k), Arif Daşdəmirov, Qara Qarayev, Dmitri Nazarov, Araz Abdullayev, Ruslan Qurbanov, Ağabala Ramazanov, Əfran İsmayılov.
