Mayın 8-dən 14-ə qədər Qazaxıstanın Astana şəhərində təşkil olunacaq ənənəvi VII “Prezident kuboku” beynəlxalq turnirində iştirak edəcək 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti müəyyənləşib.
Korner.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, yığmamızın turnir üçün açıqlanmış heyəti belədir:
Qasımov Ağaseyid – Qarabağ
Məmmədov Elməddin – Neftçi
Həsənzadə Emil – Neftçi
Şirinov Yusif – Qəbələ
Hüseynov Roman – Qəbələ
Zamanov Emin – Qəbələ
Mustafazadə Bəhlul – Qəbələ
Əsədli Fərid – Qəbələ
Nəbiyev Yusif – Qəbələ
Akmurzaev Umar – Bakı
Ağaverdiyev Renat – Bakı
Novruzlu Nəriman – Bakı
Cəfərov Elnur – Xəzər Lənkəran
Kərimzadə Fərid -Sumqayıt
Babazadə Rəsul – İnter
Taşqın Sertan – İnter
Cəbrayılov Şahban – “Anji” (Rusiya)
Əsədov Əli – “Zarya” (Ukrayna)
Komandamızın oyun cədvəli isə aşağıdakı kimidir:
9 may, saat 13:00. Gürcüstan – Azərbaycan
10 may, saat 11:00. “Botafoqo” – Azərbaycan
12 may, saat 14:00. Azərbaycan – İran
Komandaların qrupda tutduğu yerə müvafiq olaraq mayın 13-də final mərhələsinin oyunları keçiriləcək.
Qeyd: Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.
