Futzal üzrə DÇ-2016-nın 1/8 final mərhələsinin oyunlarından sonra ən çox qurtarış edən qapıçıların siyahısı açıqlanıb.
Korner.az-ın məlumatına görə, qrup mərhələsinin yekunları ilə müqayisədə cədvəldə ciddi dəyişikliklər olub.
Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli liderliyi ələ alıb. 4 matçda 64 “seyv”ə imza atan qolkiper 3 pillə irəliləyib. Qrup mərhələsinin lideri olan mozambikli Nelson isə 57 dəf olunan zərbə ilə 2-ci pilləyə düşüb. Vyetnamlı Dinh Thuan Nqo ilk “üçlüy”ü qapayır – 54 seyv.
Rövşən 4 qarşılaşmada qapısına vurulan zərbələrin 81 faizini dəf edib. O, keçirdiyi matçlarda 15 qol buraxıb. O, qapıçı olmasına baxmayaraq, son qarşılaşmada 1 qol da vurub.
