“Qəbələ” artıq yeni mövsüm üçün transfer çalışmalarına başlayıb.
Korner.az-a klubdan verilən məlumata görə, əyalət komandası “Sumqayıt”ın qapıçısı Andrey Popoviçi transfer edir.
Millimizin üzvü artıq “Qəbələ” ilə razılığa gəlib. Onunla yaxın günlərdə müqavilə imzalanacağı gözlənilir.
