Azərbaycan millisinin qapıçısı Emil Balayevin şərəfini qoruduğu “Ayntraxt” klubu baş məşqçisiz qalıb.
Korner.az-ın “Sky Sport News”a istinadən verdiyi məlumata görə, Frankfurt təmsilçisi Tomas Şaafla yollarını ayırıb.
Geridə qalan 2014/2015 mövsümündə qarşıya qoyulan hədəfə çatmayan “Ayntraxt” rəhbərliyi çıxış yolunu baş məşqçi ilə yolları ayırmaqda görüb. Tomas Şaafı kimin əvəzləyəcəyi hələlik məlum deyil.
