21 yaşadək futbolçular arasında AVRO-2019-un seçmə mərhələsinin Azərbaycan – Almaniya oyununa əmsallar açıqlanıb
Xarici bukmeker kontorları sabah baş tutacaq görüşdə Bundestimi favorit sayır.
Belə ki, Samir Ələkbərovun yetirmələrinin qələbəsi az qala möcüzə sayılır. Bu nəticə 26,00 əmsalla qiymətləndirildiyi halda, qonaqların 3 xal qazanmasına 1,02 əmsal verilib. Görüşdə heç-heçə proqnozlaşdıranlar da böyük qazanca ümid edə bilər. Onlara əmanətlərini 17,00 dəfə artırmaq şansı verilib.
Qeyd edək ki, “Dalğa Arena”da keçiriləcək görüş saat 18:00-da başlayacaq.
apasport.az
