Cüdo üzrə milli komandamızın baş məşqçisi Peter Zayzenbaherin barəsində açılmış cinayət işi üzrə məhkəmənin başlayacağı tarix bəlli olub.
Korner.az-ın məlumatına görə, avstriyalı çalışdırıcı dekabrın 19-da məhkəmə önünə çıxacaq.
Vyana prokurorluğunun hazırladığı ittiham aktında Zayzenbaherin 3 qıza qarşı cinsi zorakılıq etdiyi bildirilir. Qeyd olunur ki, onlardan biri 11 yaşında olub. Zayzenbaher onun atası ilə dostluq edirmiş. 56 yaşlı məşqçinin növbəti qurbanlarının 13 və 16 yaşlı qızlar olduğu iddia edilir. İttiham aktında Peterin bu əməlləri 1999-2004-cü illər aralığında törətdiyi göstərilib.
Məhkəmə prokurorluğun hazırladığı ittiham aktını təsdiqləyərsə, Zayzenbaher 10 il müddətinə azadlıqdan məhrum ediləcək.
Sözügedən işlə bağlı məhkəmə hökmü dekabrın 22-də oxunacaq.
