Millimizin oyununun yeni vaxtı açıqlandı
28.04.2020 , 13:47

21 yaşadək fubolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsindən təxirə salınan İsveçrə – Azərbaycan oyununun yeni vaxtı müəyyənləşib.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, AFFA ilə İsveçrə Futbol Assosiasiyası arasında əldə olunmuş qarşılıqlı razılıq əsasında qarşılaşma bu il noyabrın 12-də keçiriləcək.
Oyunun stadionu və başlanma vaxtı barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, martın 26-ı keçirilməli olan görüş koronavirus pandemiyası səbəbindən qeyri-müəyyən vaxta təxirə salınmışdı.
