21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 1-də keçiriləcək Norveç – Azərbaycan oyununun başlanma vaxtı və stadion müəyyənləşib. Korner.az-ın AFFA-ya istinadən verdiyi məlumata görə, qarşılaşma Drammen şəhərindəki Marienlyst stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
