19 yaşadək qızlardan ibarət Azərbaycan və Belarus yığması arasında martın 12-də Bakı Olimpiya Stadionunda keçiriləcək yoldaşlıq oyununun başlanma vaxtı dəyişdirilib.
Korner.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, qarşılaşma
əvvəlcədən nəzərdə tutulduğu kimi saat 18:00-da yox, 18:30-da başlayacaq.
Qeyd edək ki, bu komandalar arasında ilk oyun 2:2 hesabı ilə başa çatıb.
