Millimizin oyununun tarixi dəyişdirildi
27.10.2020 , 15:10

Azərbaycan milli komandasının Lyublyana şəhərində Sloveniya yığması ilə keçirəcəyi yoldaşlıq oyununun tarixi dəyişdirilib.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə 23:45) başlayacaq qarşılaşma, əvvəlcədən xəbər verildiyi kimi, noyabrın 10-da deyil, 11-də keçiriləcək.
