Milli

Millimizin oyunu təxirə salındı

06.10.2021 , 11:53

Xəbər verdiyimiz kimi, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində çıxış etmək üçün hazırda Belçikada səfərdə olan Azərbaycan milli komandasının 3 futbolçusunun – Həmzəalı Mikayılov (müdafiəçi, “Sabah”), Adəm Topalov (yarımmüdafiəçi, “Səbail”) və İbrahim Ağayarov (yarımmüdafiəçi, “Qarabağ”) – COVID-19 testi pozitiv nəticələnib.

Korner.az xəbər verir ki, bununla əlaqədar, Belçikanın daxili qanunları nəzərə alınaraq, bu gün Azərbaycan millisinin digər üzvlərindən daha bir dəfə COVID-19 testi götürülcək. Təqvimə əsasən bu gün – oktyabrın 6-da keçirilməsi nəzərdə tutulmuş Azərbaycan – Norveç oyunu qeyri-müəyyən müddətə təxirə salınıb.

Son yazılar

Yuxarı