Futzal üzrə “Avro-2016″nın final mərhələsində keçiriləcək Azərbaycan – Çexiya matçının hakimləri müəyyənləşib.
Korner.az-ın məlumatına görə, Belqradda baş tutacaq oyunun baş hakimi sloveniyalı Admir Zahoviç olacaq.
Ona avstriyalı Cerald Bayerfeind və polşalı Tomaş Frak köməklik edəcək.
Qeyd edək ki, fevralın 5-də keçiriləcək Azərbaycan – Çexiya oyunu Bakı vaxtı ilə saat 00:00 başlayacaq.
