Millimizin bu gün İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda Bəhreyn yığması ilə keçirəcəyi yoldaşlıq oyunu DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərimizin də diqqət mərkəzindədir.
Korner.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, Azərbaycan – Bəhreyn oyununu İsrail yığmasının məşqçisi Alon Hazan da izləyəcək.
Xatırladaq ki, DÇ-2014-ün seçmə mərhələsində millimiz ilk oyununu sentyabrın 7-də, Bakı şəhərində İsrail yığmasına qarşı keçirəcək.
