19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində oyunlarının təqvimi açıqlanıb.
IV qrupda çıxış edəcək millimiz ilk matçını oktyabrın 25-i Ukraynaya qarşı keçirəcək. Komandamız oktyabrın 28-i İspaniya ilə qarşılaşacaq. Millimiz son görüşündə Albaniyanı sınağa çəkəcək. Bu qarşılaşma oktyabrın 31-i baş tutacaq.
IV qrupun matçları Albaniyada keçiriləcək.
